Əməkdar artist Novruz Qartal bu gün vəfat edib.

"Rupor" xəbər verir ki, bu barədə APA-ya mərhum aktyorun həyat yoldaşı Zərqələm Əliyeva məlumat verib.

Xatırladaq ki, əməkdar artist bir müddətdir ki, xərçəng xəstəliyindən müalicə olunurdu.

Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.




Oxşar xəbərlər