XXI əsrin ən yaxşı televiziya serialı “Taxt oyunları” seçilib. 

"Rupor" "Report"a istinadən xəbər verir ki, bu, Böyük Britaniyanın “Digital Spy” dərgisi tərəfindən keçirilən rəy sorğusu nəticəsində məlum olub.

Sonrakı yerləri “Netflix” şirkətinin məhsulu “Qəribə şeylər” (“Stranger Things”) və BBC məhsulu olan “Doktor Kim” (“Doctor Who”) serialları tutub.

İlk onluğa habelə ardıcıllıqla “Şerlok”, “Şərə qarşı” (“Breaking Bad”), “Böyük britaniyalı bişir” (“Great British Bake off”), “Qətl ərəfəsi” (“Killing Eve”), “Gevin və Steysi” (“Gavin & Stacey”), “Vəzifə borcu” (“Line of Duty”), “Çernobıl” kimi ekran əsərləri daxil olub.


Oxşar xəbərlər