"Azanfilm" kinostudiyasının keçmiş direktoru vəfat etdi


  • 15:17 / 20 01 2022 |
  • Bölmə: Mədəniyyət və Şou


Prodüser və kino təşkilatçısı Aydın Abdullayev 71 yaşında dünyasını dəyişib.

"Rupor" BAKU.WSə istinadən xəbər verir ki, bu haqda rejissorun dostları məlumat yayıb. Mərhumun hansı səbəbdən vəfat etdiyi hələ ki açıqlanmayıb.

Xatırladaq ki, Aydın Abdullayev 1951-ci ildə Bakıda dünyaya gəlib. 1975-ci ildən kino sahəsində fəaliyyət göstərib. O, film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi kimi vəzifələrdə çalışıb.

1993-1994-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994-2000-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən, əsasən animasiya filmləri istehsal edən "Azanfilm" kinostudiyasının direktoru olub.




Oxşar xəbərlər