Şuşa həbsxanasına dair qorxunc həqiqətlər AzTV-nin "Səhər açılsın" filmində + Video


  • 10:02 / 10 05 2022 |
  • Bölmə: Mədəniyyət və Şou


Azərbaycan Televiziyası (AzTV) Birinci Qarabağ müharibəsi zamanı Şuşa həbsxanasında saxlanılan əsirlər barədə film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Rupor"a verilən məlumatına görə, "Səhər açılsın" adlanan filmin qəhrəmanları Şuşa həbsxanasında əsirlikdə olmuş Həbib Kazımov, Zahid Həsənov və Camaləddin Hüseynovdur.

Filmdə 3 əsirin timsalında Şuşa həbsxanasındakı dəhşətlər, orada saxlanılan azərbaycanlıların başlarına gələnlər barədə məlumat verilir, onların yaşadığı ağır həyat şəraitindən bəhs olunur. Bununla yanaşı, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra baş verənlər və Şuşa həbsxanasındakı azərbaycanlılara dəhşətli işgəncələr edən şəxslərin həbs olunmasına dair görüntülər də "Səhər açılsın"da öz əksini tapıb.

Filmin layihə rəhbəri Elçin Musaoğlu, prodüseri Fatimə Əzimova, ssenari müəllifi və quruluşçu rejissoru Pərviz Həsənov, rejissoru isə Elvin Mirzəyevdir. "Səhər açılsın" 8 may tarixində AzTV-də yayımlanıb.








Oxşar xəbərlər