Məşhur azərbaycanlı professor xanım ABŞ-da vəfat etdi - Musiqi aləminə ağır itki


  • 05:39 / 21 06 2022 |
  • Bölmə: Mədəniyyət və Şou / Hadisə


Azərbaycanlı qadın professor Aida Hüseynova vəfat edib.

"Rupor"
“Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktorunun vəfat səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. ABŞ-nın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib.

2008-ci ildən ABŞ-ın İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışırdı.

"Rupor" bu itkini Azərbaycan musiqisinə təsir edən böyük itki kimi dəyərləndirərək, mərhumun ailəsinə və xalqımıza başsağlığı verir. 












Oxşar xəbərlər