Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olan Eldar Salayev II Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə "Rupor'"a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Bildirilib ki, II Fəxri Xiyabanda əvvəlcə vida mərasimi keçiriləcək. Vida və dəfn mərasimində AMEA rəhbərliyi və akademiklər iştirak edəcək.

Qeyd edək ki, Eldar Salayev ötən gün axşam saatlarında 88 yaşında vəfat edib.



Oxşar xəbərlər