Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayev dəfn olunub.

Eldar Salayev II Fəxri xiyabanda torpağa tapşırılıb.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayevlə vida mərasimi başa çatıb.
Mərasimdə elm və təhsil xadimləri, mərhumun dostları, ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər E.Salayevlə bağlı xatirələrini bölüşüblər, onun elm və təhsil sahəsindəki xidmətlərindən danışıblar.
Mərhum II Fəxri xiyabanda torpağa tapşırılacaq.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayevlə vida mərasimi başlayıb.
Mərasim Təzə Pir məscidində keçirilir.
Mərasimdə elm və təhsil xadimləri, E.Salayevin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün II Fəxri xiyabana aparılacaq.
Qeyd edək ki, E.Salayev ötən gün 88 yaşında dünyasını dəyişib.
Salayev Eldar Yunus oğlu 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində anadan olub.
1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib.
1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. 1980-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti olub.
Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür.
E.Salayev 420 elmi əsərin və 88 ixtiranın və patentin, 4 mono­qra­fiyanın müəllifidir. “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin! ("Report")







Oxşar xəbərlər