Aşıq Ələsgərin heykəlinin eskizləri rəsmi olaraq bəyənilmədi


  • 21:22 / 02 08 2022 |
  • Bölmə: Mədəniyyət və Şou


Aşıq Ələsgərin heykəli ilə bağlı müsabiqənin birinci mərhələsində təqdim olunan eskizlər ekspert komissiyası tərəfindən qənaətbəxş hesab edilməyib.

"Rupor'" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, hazırda müsabiqənin ikinci mərhələsindəyik.
“Yeni eskizlər alınıb. Müsabiqədə gənc heykəltəraşlar da iştirak edir. Hesab edirəm ki, ikinci mərhələnin elan edilməsi müsabiqənin nə qədər şəffaf olduğunu göstərir. Ümid edirik ki, ikinci mərhələ zamanı təqdim olunan eskizlərdən biri seçiləcək”,-deyə nazir bildirib.



Oxşar xəbərlər