Mədəniyyət paytaxtımız Şuşa 2 gün sənət dünyasına qucaq açacaq


  • 18:04 / 05 08 2022 |
  • Bölmə: Mədəniyyət və Şou


 
Mədəniyyət paytaxtımız 8-ci “Muğam” Televiziya Müsabiqəsinin finalına ev sahibliyi edir. Bu festival Qarabağın yenidən mədəniyyət mərkəzinə çevrilməsi, incəsənətin, musiqinin vətəninə qayıtmasıdır. 

 
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Rupor"a verilən məlumata görə, final gecəsi bu gün, yəni avqustun 5-də, qala-konsert isə avqustun 6-da baş tutacaq.
 
Xalq artistləri də öz növbələrində muğam bayramı haqda təəssüratlarını bölüşüb
 
Xalq artisti Mənsum İbrahimov – “Bu gün bizim üçün çox tarixi bir gündür. Zəfərimizdən sonra ilk dəfədir ki, biz muğam müsabiqəsinin finalını Şuşamızda edirik. 30 il həsrətini çəkdiyimiz mədəniyyət paytaxtımız, həmişə muğam beşiyi olan, bax, bu gözəl Şuşamızda! Məhz, buradan ilk dəfə olaraq muğamımızın finalını və müsabiqələrimizin, qaliblərini dünyaya elan edəcəyik.
  
Final Azərbaycan Televiziyasının efiri vasitəsilə dünyanın dörd bir yanında izlənəcək. Əlbəttə, bu təkcə bir musiqi müsabiqəsi deyil, bu, həm də dünyaya bir mesajdır ki, artıq bu torpağın sahibləri qayıdıb. Tarixən burada çal-çağır, muğam səsləri gəlibdir. Və sevinirik ki, bu gün artıq burada güllə səsi, silah səsi yox, muğamımızın səsi gəlir. Elə biz də bunu istəyirdik. Çünki tarixi torpağımızı, Azərbaycanın tarixi torpaqlarını Ali Baş Komandanın rəhbərliyi ilə, müzəffər ordumuzun səyi nəticəsində qaytarmışıq. Və bu gün burada artıq musiqimiz səslənir. Var olsun Azərbaycan xalqı! Bayrağımız hər zaman zirvələrdə dalğalanacaq, İnşallah! Əlbəttə ki, seçdiyimiz 28 uşağın hər biri bizim üçün əzizdir, onların hər biri artıq potensial qalibdir. Mənim üçün bu, nisbi, şərti bir şeydir. Əsas odur ki, muğamımıza yeni səslər, yeni nəfəslər gəlir. Və bunun nəticəsində muğamımız dünyada tanınır və inkişaf edir. Mən Heydər Əliyev Fonduna təşəkkür edirəm, şəxsən vitse-prezident Mehriban Əliyevaya, ona görə ki, bu gün bizim muğamımızın dünyada tanınmasında, tanıdılmasında onun çox boyük diqqət və qayğısını görürük. Bütün muğam ifaçıları adından Mehriban xanıma dərin təşəkkürümü bildirmək istəyirəm. Var olsun Azərbaycan dövləti! Bu gün bizim musiqimiz Şuşada səslənir. Eşq olsun Azərbaycan xalqına! Muğamımız ölməzdir! Azərbaycan xalqı əbədi burada, Şuşada yaşayacaq!” 
 
Xalq artisti Nəzakət Teymurova – “İlk öncə onu deyim ki, bu uşaqlar 300-ə yaxın ifaçının arasından seçilən istedadlı uşaqlardır. Onu da qeyd etmək istəyirəm ki, onların səsi, istedadı və talantları da var ki, bu gün bu müsabiqədə iştirak edir. Sadəcə olaraq kimin nə qədər potensialı var, əziyyəti, muğam sənətinə sevgisi onu göstərə bildi ki, bu uşaqlar nə qədər əziyyət çəkdilər və nə qədər bir-birindən seçildilər. Bu gün – qalib olana kimi nə qədər əziyyət çəkdiyi də göz onündə idi. Qüsursuz ifaçılarımız da var idi - Fuad, Ülkər, Aynur, Vüqar həmişə tapşırıqları və muğamları mükəmməl şəkildə ifa ediblər. O ki, qaldı müsabiqənin Şuşada keçirilməsinə, bu torpaqlara 30 ilə yaxındır ki, həsrətlə baxırdıq. Bu günlərə çox şükürlər olsun ki, artıq Azərbaycanın mədəniyyət beşiyində müsabiqənin yekun konsertidir. Həmin bu ifaçılar burada çıxış edəcəklər. Onu da qeyd edim ki, Azərbaycan muğamlarının, klassik muğamlarımızın həmişə inkişaf və təbliğində Şuşa torpağının yetişdirdiyi ustadlarımızın yerı xüsusi olub. İştirakçılarımız bir növ elə onların ruhları qarşısında imtahan verəcəklər bu gün. Uğurlar arzulayıram bütün ifaçılara. Həmişə qazanan bizim klassik muğam ifaçılığı olsun! Sənətinə xələl gəlmədən muğam ifaçılığını həmişə hər şeydən üstün tutsunlar, sevsinlər bu sənəti! Bütün ifaşılara uğurlar arzulayıran!”





Oxşar xəbərlər