Xəbər verdiyimiz kimi, hind əsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb. 

“Rupor” xarici KİV-ə istinadən məlumat verir ki, şübhəli şəxs səhnəyə qaçaraq Rüşdi və ondan müsahibə alan müxbirə hücum edib. Şübhəlinin yazıçıya 10-15 bıçaq zərbəsi endirib.

“Rüşdi boyun nahiyəsindən bıçaqlanıb və helikopterlə yerli xəstəxanaya aparılıb. Onun vəziyyəti haqda hələlik məlumat verilməyib”, - ştat polisi bildirib.

Müxbirin yüngül kəllə-beyin travması aldığı bildirilir.





Oxşar xəbərlər