Xəbər verdiyimiz kimi, hind əsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb. Onu Nyu-Cersi ştatının sakini 24 yaşlı Hadi Matar bıçaqlayıb.

“Rupor”un məlumatına görə, xarici mediada polis tərəfindən saxlanılan cinayətkarın fotoları yayımlanıb.

Qeyd edək ki, hazırda yazıçı süni nəfəs aparatına qoşulub. O danışa bilmir, qaraciyəri zədələnib.

Rüşdi gözünü itirə bilər.






Oxşar xəbərlər