Azərbaycanın tanınmış aktrisası vəfat etdi - Fotolar


  • 13:42 / 22 09 2022 |
  • Bölmə: Mədəniyyət və Şou


Kinoaktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Fərqanə Quliyeva dünyasını dəyişib.

Bu barədə “Rupor”a İttifaqdan bildirilib.

O, 65 yaşında vəfat edib. 
Qeyd edək ki, Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü” (1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. 

Allah rəhmət eləsin!












Oxşar xəbərlər