Azərbaycanın dostu olan özbək Xalq şairi vəfat etdi


  • 12:04 / 27 09 2022 |
  • Bölmə: Mədəniyyət və Şou


Azərbaycanın dostu, Özbəkistanın Xalq şairi Camal Kamal 85 yaşında dünyasını dəyişib.

Bu barədə “Rupor”a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Camal Kamalın əsas xidmətlərindən biri müqəddəs “Qurani-Kərim”in özbək dilinə tərcümə etməsidir. Şair, həmçinin bir sıra Azərbaycan şairlərinin - Məhəmməd Füzuli, Xəlil Rza, Bəxtiyar Vahabzadənin əsərlərini özbək dilinə çevirib.

Allah rəhmət eləsin!




Oxşar xəbərlər