Yuxarı Gövhər Ağa məscidindən müharibənin izləri silinib Rəsmi açıqlama


  • 17:03 / 27 09 2022 |
  • Bölmə: Mədəniyyət və Şou


Ermənistanın işğalı dövründə Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb.

"Rupor"un xəbərinə görə, bu barədə məscidi ziyarət edən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verilərkən bildirilib.

Qeyd olunub ki, bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. Ermənistanın işğalı dövründə məscidə edilmiş müdaxilələr aradan qaldırılıb. Fasadlarda və binanın daxilində suvaq işləri başa çatdırılıb. Minarələrin boya işlərinə başlanılıb.

Hazırda Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri davam etdirilir.
Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.




Oxşar xəbərlər