Daha iki məşhur müğənni Rusiyanı tərk etdi - Foto


  • 12:36 / 04 10 2022 |
  • Bölmə: Mədəniyyət və Şou


Rusiya şou-biznesinin ən məşhur cütlüklərinin biri – Əməkdar artistlər Anjelika Varum və Leonid Aqutin ölkəni tərk ediblər.

Bu barədə “Rupor” Rusiya mediasına istinadən istnadən xəbər verir.

Onlar İsrailin Təl-Əviv şəhərindədir və lüks hotellərin birində yerləşiblər. Bu gedişin tətil və ya mühacirət olduğu bilinmir.

Qafqazinfo.az-ın yazdığlına görə, daha əvvəl cütlüyün Mayamiyə mühacirət etdiyi xəbəri yayılmışdı. Lakin L. Aqutin məlumatı təkzib etmişdi.

Ukraynada başlayan müharibə fonunda Lvovda doğulmuş A. Varum instaqramda bu sözləri yazmışdı: “Biz cəld addımlarla birbaşa cəhənnəm istiqamətində gedirik”. Bu paylaşımdan sonra müğənni sosial şəbəkədə görünməyib.

Bir müddət öncə Rusiyanın Xalq artisti Alla Puqaçova və onun həyat yoldaşı da ölkəni tərk edərək İsrailə gediblər. 




Oxşar xəbərlər