“Multani” karvansarayında bərpa-konservasiya işlərinə başlanıldı


  • 09:22 / 08 09 2020 |
  • Bölmə: Mədəniyyət və Şou

İçərişəhərdə XIV əsrə aid qədim “Multani” karvansarayında bərpa-konservasiya işlərinə başlanılıb.

"Rupor" xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi məlumat yayıb. Məlumata görə, bərpa-konservasiya işləri Avstriyanın tarixi abidələrin bərpası işi üzrə ixtisaslaşmış və son 10 il ərzində İçərişəhərdə bir çox mühüm abidələrdə (o cümlədən Qız Qalası, Şirvanşahlar Saray Kompleksi, Bəylər məscidi, Qoşa Qala Qapılarının portalı, Qala divarları, Yeraltı hamam və s.) uğurla ən müasir bərpa-konservasiya texnologiyaların istifadəsi ilə irimiqyaslı işlər aparan “Atelier Erich Pummer” şirkətinin mütəxəssisləri tərəfindən aparılır.

“Multani” karvansarayında bərpa işlərinin 2022-ci ilin sonunda tamamlanması nəzərdə tutulur.



Oxşar xəbərlər