Hacı Abbas hamamını xilas etməyin yolu tapıldı - FOTOLAR


  • 10:10 / 08 09 2020 |
  • Bölmə: Mədəniyyət və Şou


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb. Abidənin içərisi və ətrafı sakinlər tərəfindən atılmış məişət tullantılarından təmizlənir.

Dövlət Xidmətindən "Rupor"a bildirilib ki, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülən tikili dəfələrlə zibildən təmizlənsə də, eyni hallar yenidən təkrarlanıb. Bununla bağlı sakinlərə müvafiq müraciətlər də olub. Sakinlər isə yaxınlıqda zibil qutularının
olmadığından gileylənirlər. Həmin əraziyə yaxın yerdə zibil qutuları da qoyulacaq.












Oxşar xəbərlər