Azərbaycan Televiziyasında yeni mövsümdə yayımlanacaq layihələrdən biri - "Əsrlər, nəsillər"


  • 17:17 / 09 09 2020 |
  • Bölmə: Mədəniyyət və Şou


Azərbaycan Televiziyasında yeni mövsümdə yayımlanacaq yeni layihələrdən biri “Əsrlər, nəsillər” verilişidir.

Proqram tarixçi Fuad Axundovun təqdimatında efirə gedəcək. 

"Rupor" xəbər verir ki, “Əsrlər, nəsillər”də Azərbaycanın tarixi şəxsiyyətləri, tarixi əhəmiyyətli abidələr, qədim məkanlar barədə araşdırmalar aparılacaq, qatı açılmamış sirlərdən bəhs ediləcək.

Verilişdə tamaşaçılar Odlar diyarının qədim tarixinə səyahət edə, o dövrlərin ab-havasına köklənə biləcəklər.

Fuad Axundov layihə ilə bağlı danışarkən qeyd edib ki, verilişdə tək Bakıdakı deyil, Azərbaycandakı tarixi məkanlar və abidələr barədə söz açılacaq.



Oxşar xəbərlər