Ermənilər Kim Kardaşyanın ərindən kömək istədilər


  • 11:40 / 15 10 2020 |
  • Bölmə: Mədəniyyət və Şou


Ermənilər Kim Kardaşyanın həyat yoldaşı, məşhur amerikalı reper Kanye Uestdən yardım istəməyə başlayıblar.
"Rupor" Yenisabah.az-a istinadən xəbər verir ki, Kanye sosial şəbəkələrdə ona yazaraq yardım istəyən ermənilərin mesajını “Twitter” hesabında paylaşıb:
"Biz müharibəni uduzuruq, Kanye. Həqiqətən, bizim silahımız yoxdur. Düşmənin İsrail və Türkiyədən aldığı dronları var, bizimsə sadəcə silahlarımız. Və heç bir ölkə, heç kim kömək etmir. Düşünürəm ki, möcüzə baş versə, biz qələbə qazana bilərik".
Bir müddət sonra reper paylaşımı səhifəsindən silib.
Ötən gün “Erməni əsgərləri” səhifəsi məşhur porno ulduzun fotosunu paylaşaraq onu "Millətimizin anası"- deyə təqdim ediblər. Bundan bir müddət əvvəl Kim Kardaşyanın Ermənistan Fonduna  1 milyon dollar ianə etmişdi.





Oxşar xəbərlər