Teatr Xadimləri İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürdü


  • 17:28 / 16 10 2020 |
  • Bölmə: Mədəniyyət və Şou




 
Rəşadətli Azərbaycan ordusunun işğalçı Ermənistanın təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu böyük uğurla davam edir. 
Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri hər bir soydaşımızda böyük ruh yüksəkliyi yaradır. 
Azərbaycan ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

 İttifaqın mətbuat xidmətindən "Rupor"a verilən məlumata görə Azərbaycan Teatr Xadimləri İttifaqı Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna 2000 manat vəsait köçürüb.

Qələbə bizimlədir! Qarabağ Azərbaycandır! 



Oxşar xəbərlər