Bakıda qadın özünü 15-ci mərtəbədən atdı - VİDEO


  • 16:59 / 24 01 2021 |
  • Bölmə: RUPORfoto / Hadisə


Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi olub.
"Rupor" modern.az-a istinadən bildirir ki, hadisə bu gün 15:10 radələrində baş verib. Hələlik kimliyi dəqiqləşməyən qadın özünü hündürmərtəbəli binadan atıb. Hadisə Əliyar Əliyev küçəsində, “Azenko” binalarının birində yaşayıb.
On beşinci mərtəbədən özünü atan qadının hansı səbəbdən intihar etməsi barədə məlumat yoxdur. Avtomobilin üzərinə düşən qadının elə hadisə yerindəcə keçindiyi bildirilir.






Oxşar xəbərlər