COVID-19-a yoluxanların sayı 95 milyondan çoxdur


  • 10:08 / 18 01 2021 |
  • Bölmə: Səhiyyə


Dünyaya yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 95 milyon nəfəri keçib.
"Rupor" APA-ya istinadən xəbər verir ki, xəbərinə görə, ABŞ-ın Cons Hopkins Universitetinin məlumatında bildirilir ki, yanvarın 18-dək dünyada 95 003 533 nəfər COVID-19-a yoluxub, onlardan 2 029 938 nəfər ölüb.
Ən çox yoluxma ABŞ-da qeydə alınıb – 23 928 643 nəfər. İkinci yerdə Hindistan (10 557 985), üçüncü yerdə Braziliya (8 488 099) gəlir.





Oxşar xəbərlər