15 minə yaxın şagird, 7 mindən çox müəllim koronavirusa yoluxub


  • 13:49 / 22 01 2021 |
  • Bölmə: Səhiyyə


Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev virusa yoluxan şagirdlərin sayının 14758, təhsil işçilərinin sayının 7090 nəfər olduğunu deyib.
Müşavir bildirib ki, sentyabrdan indiyə qədər ibtidai siniflərdə 2246 şagird koronavirusa yoluxub. 5-9 siniflərdə 4411 nəfər, 10-11-ci siniflərdə isə 7525 nəfərdə koronavirus aşkarlanıb. Virus aşkarlanmış şagird məktəbdə olubsa, onun sinfi distant təhsilə keçib.



Oxşar xəbərlər