Son sutkada 248 nəfər koronavirusdan dünyasını dəyişdi - Türkiyədə


  • 23:33 / 10 04 2021 |
  • Bölmə: Səhiyyə


Türkiyədə son sutka ərzində 248 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

"Rupor" Medcina.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 52 min 676 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 798 min 333, pandemiya qurbanlarının sayı isə 33 min 702 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 301 min 217 pasiyent (son sutkada 32 539 nəfər) sağalaraq evə buraxılıb.






Oxşar xəbərlər