Heydər Əliyev Fondu Tunarı müalicə etdirəcək


  • 23:45 / 14 04 2021 |
  • Bölmə: Səhiyyə


Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Tunar Bağırovla bağlı özəl sektorda fəaliyyət göstərən şirkətlərə müraciət edib.

"Rupor" xəbər verir ki, bu barədə Tunara yardım məqsədilə açılan "Instagram" hesabında məlumat verilib.

Məlumata görə, Fond 2 yaşlı Tunarın müalicəsinin yerdə qalan hissəsini öz üzərinə götürüb.

Qeyd edək ki, Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət çəkir. Onun sağlamığına qovuşması üçün “Zolgensma” gen terapiyası preparatına ehtiyac var. Bu isə dünyanın ən bahalı iynəsi hesab olunur. Bir infuziya təxminən 2,125 milyon dollara başa gəlir.






Oxşar xəbərlər