Ölkə üzrə vurulan vaksinlərin sayı açıqlandı


  • 19:36 / 16 04 2021 |
  • Bölmə: Səhiyyə


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 542 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Rupor"-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 034, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 508... nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 299 323,  birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 859 338 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 439 985 təşkil edir. 







Oxşar xəbərlər