Peyvəndlənməyə 45 milyard dollar xərclənsə.... - ÜST


  • 20:35 / 03 05 2021 |
  • Bölmə: Səhiyyə


2022-ci ildə dünyanın yetkin əhalisinin əksəriyyətini koronavirusa qarşı peyvəndlə təmin etmək üçün 35-45 milyard ABŞ dolları həcmində vəsait lazım gələcək.

“Rupor” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus bazar ertəsi Cenevrədə keçirdiyi brifinqdə bildirib.

O xatırladıb ki, bu il COVID-19-a qarşı preparatlara və “ACT-Accelerator” diaqnostikası vasitələrinə çıxışın təmin olunması üzrə beynəlxalq tərəfdaşlığın 19 milyard ABŞ dolları məbləğində maliyyəyə ehtiyacı var.




Oxşar xəbərlər