Türkiyədə ölü sayı azaldı


  • 23:07 / 07 05 2021 |
  • Bölmə: Səhiyyə


Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 278 nəfər həyatını itirib.

"Rupor" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 251 194 nəfər test edilib, onlardan 20 107-nin koronavirus testi pozitiv nəticə verib, 35 529 nəfər sağalıb, 3 260 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 42 465 nəfər ölüb.
Türkiyədə indiyədək 4 998 089 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 662 328 nəfəri müalicə olunaraq evə buraxılıb.




Oxşar xəbərlər