Həkimlərimiz Türkiyədə kurs keçəcəklər


  • 19:25 / 10 06 2021 |
  • Bölmə: Səhiyyə


TƏBİB-in tabeliyində olan K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Ankara Şəhər Uşaq Xəstəxanası arasında imzalanmış “Niyyət Protokolu”na əsasən İnstitutun 13 əməkdaşı 6 aylıq kurs keçmək məqsədilə Ankaraya yola salınıb.

TƏBİB-dən "Rupor"a verilən xəbərə görə, yolasalma mərasimində iştirak edən TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri Emil

İskəndərov və TƏBİB-in həkim koordinatoru Kamran Cavadov səfərin Azərbaycan səhiyyəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.




Oxşar xəbərlər