COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı


  • 21:33 / 11 06 2021 |
  • Bölmə: Səhiyyə


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39985 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Rupor"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35917, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2702023, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1748035, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 953988 təşkil edir.



Oxşar xəbərlər