Gürcüstanda COVİD-19-dan ölənlərin sayı 5 266 nəfərə çatdı


  • 11:34 / 27 06 2021 |
  • Bölmə: Səhiyyə


Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 585 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

"Rupor" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 363 522, ölənlərin sayı isə 5 266 nəfərə çatıb.

Virusa yoluxanlardan 349 658 nəfərin sağaldığı bildirilir.(APA)



Oxşar xəbərlər