Tibb işçilərinin əməkhaqqnda dəyişiklik - Rəsmi


  • 16:33 / 30 06 2021 |
  • Bölmə: Səhiyyə


“Tibb işçilərinin əməkhaqlarının hesablanması qaydalarının dəyişdirilməsi üzərində operativ iş aparılır. Hazırda işçi qrupu bunun üzərində ciddi çalışır”.

"Rupor" Medicina.az a istinadən xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov məlumat verib.

O bildirib ki, bu qaydalar bütün səhiyyə sahəsinə şamil ediləcək:

“Qeyd edim ki, qaydalar təsdiq edildikdən sonra vətəndaşlara ətraflı məlumat veriləcək”.

K.Ələkbərovun sözlərinə görə, KTM-də çalışan tibb işçilərinə əlavələrin verilməsi iki gün ərzində həyata keçiriləcək:

“Bu əlavələr aprelin 1-dən başlanaraq hesablanacaq və bütün tibb, eləcə də qeyri-tibb sektorunu əhatə edəcək”.




Oxşar xəbərlər