Körpə Delta ştammından öldü


  • 20:28 / 20 07 2021 |
  • Bölmə: Səhiyyə



Tbilisidə bir həftədə iki uşaq koronavirusun “Hindistan” ştammından vəfat etdi.


"Rupor" xəbər verir  ki, bu barədə “RİA Novosti”yə xəstəxanadan bildirilib.

“Məlumatı təsdiqləyirik. Təəssüf ki, iki aylıq uşaq virusla mübarizə apara bilmədi, vəziyyəti son dərəcə ağır idi”,- deyə xəstəxanadan bildirilib.

Məlumata görə, uşaq iyulun 1-də ağır tənəffüs çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib və ağciyərlərin mexaniki havalandırılması cihazına qoşulub.

Qeyd edilir ki, bu, Gürcüstanda koronavirusa yoluxan yeni doğulmuş körpələr arasında ikinci ölüm hadisəsidir, ilk hadisə 16 iyulda qeydə alınıb.




Oxşar xəbərlər