“Qara gözün xoşuma gəlmədi” deyib işdən çıxarırlar - Rövşanədən qalmaqallı açıqlama




      Bölmə: Şou Tarix: 23.10.2023 / 15:09

Teleaparıcı Aytən Leylaqızının “Space” telekanalından çıxarıldıqdan sonra telekanal haqda verdiyi açıqlamalar qalmaqal yaradıb.

Qeyd edək ki, aparıcı verilişi üçün əlindən gələni etdiyini, proqramın yaxşı reytinq verdiyini, buna baxmayaraq işdən çıxarıldığını bildirərək gileylənib. 

Məsələ ilə bağlı Yenisabah.az-a “Space” telekanalının keçmiş aparıcısı Rövşanə Ağasəfqızı danışıb. O, teleaparıcıların ciddi səbəb olmadan qəflətən işdən çıxarılmasının düzgün olmadığını bildirib: 

“Ömrümün 20 ilə yaxınını televiziyaya vermişdim, amma sonda belə oldu. Mən artıq “Space” telekanalının əməkdaşı olmadığım üçün o kanal haqda nə isə deməyim doğru deyil. Amma ümumilikdə məsələ haqda danışmaq olar. Azərbaycanda elə şəxslər var ki, ömürlərini jurnalistikaya, televiziyaya bağlayıblar. Onlar həkim deyil ki, paytaxtda olan yüzlərlə klinikalardan birinə işləməyə getsinlər. O insanlar həyatlarını televiziyaya bağlayıblar və bu gün telekanala gələn rəhbərin “Mənim kefim belə istəyir”, “Bu aparıcı ilə işləmək istmirəm”, “Onun filan sözünü, saçını bəyənmədim” deyərək həmin aparıcını işsiz qoymağı düzgün deyil. Bəs o şəxslər nə etsin? Televiziyada “setka” iyul, avqust ayından yığılmış olur, bəlli bir qrafik olur. Bundan sonra işdən çıxarılan aparıcı heç yerdə iş tapa bilmir. O insanlar başqa sənət sahibi deyillər. İllərini bu sənətə vermiş peşəkar aparıcılar bəzən hansısa telekanal rəhbərinin kefinin qurbanına çevrilir. 

Hesab edirəm ki, bu belə olmamalıdır. Əgər bu insanlar illərdir telekanalda çalışıblarsa, deməli, efirə yararlıdırlar. Bu gün “Sənin qara gözün mənim xoşuma gəlmədi” deyib insanları işsiz qoymaq düzgün deyil. Teleaparıcı nə etməlidir, gedib toyda “tamadalıq” etsin?!”. 

R.Ağasəfqızı aparıcıların televiziyadan uzaqlaşıb “YouTube”da  izləyici kütləsi yığmağının o qədər də asan məsələ olmadığını qeyd edib:

“Hər işdən çıxan “YouTube” kanalı açsa, orada veriliş aparsa, uğur qazanacaq deyə bir şey yoxdur. Bu gün sosial media o qədər inkişaf edib ki, “YouTube” kanallarına o qədər də baxış sayı gəlmir. Populyarlıq qazanan kanallar  bu gün çox azdır, onlar barmaqla sayılacaq qədərdir. Bu gün heç televiziyaya əvvəlki səviyyədə baxan yoxdur, o ki qaldı “YouTube” kanalına baxsınlar. Bu gün hamı telefonunda qısa videolara baxmağı sevir, artıq dinamik bir dövrə gəlib çıxmışıq. Artıq 2-3 saatlıq verilişlərə baxmağa nə zaman, nə də həvəs var. Sən nə qədər bekar olmalısan ki, 2 saat televiziyanın qarşısında oturasan? Hazırda demək olar ki, hər kəs zaman qıtlığından gileylənir. Tamaşaçını “YouTube” kanalına cəlb etmək o qədər də asan məsələ deyil”.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---