Vaksin şirkətlərinin milyardlıq qazanc planı


  • 21:45 / 24 11 2021 |
  • Bölmə: Səhiyyə


“Pfizer”, “BioNTech” və “Moderna” şirkətlərinin illik xalis mənfəəti vergilər çıxıldıqdan sonra 34 milyard dolları keçəcək.
 

"Rupor" Modern.az-a istinadən xəbər verir ki, bu barədə “People's Vaccine Alliance” adlı QHT-nin hesbatında qeyd olunub.
 
Şirkətlərin illik mühasibat hesabatlarına və digər açıq informasiyalara (xüsusən də dövlətlərin sifarişlərinə) istinad edilərək hazırlanan hesabatda bildirilir ki, istehsalçılar dəqiqəyə 65 min, günə 93 milyon dollar qazanır.
 
İlin 9 ayı ərzində “Pfizer”in dövriyyəsi 57 milyard dolları keçib. Bunun yarısı vaksin satışından əldə edilib. Bundan əlavə, farmakologiya şirkətinin gəlirinin 16%-i onkoloji, 12%-i isə kardioloji xəstəliklərə aid dərmanların istehsalından formalaşıb.
 
“Moderna” şirkətinin ilk 3 rübdə gəliri 11 milyard dolları keçib. Şirkət cari ildə 18 milyard dollar dövriyyə gözləyir.
 
Hesabat dövründə “BioNTech”in dövriyyəsi 13.4 milyard, xalis mənfəəti isə 7 milyard dollar təşkil edib. Digər əczaçılıq laboratoriyalarından fərqli olaraq Uğur Şahinin rəhbərlik etdiyi şirkətin demək olar bütün gəlirləri koronavirus əleyhinə vaksindən formalaşır.
 

Qeyd edək ki, 3 şirkətin istehsal etdiyi vaksinlər çox bahadır, xüsusi saxlanma şəraiti tələb edir. Onları yalnız inkişaf etmiş ölkələr alır.



Oxşar xəbərlər