Azərbaycanda vaksinə xərclənən vəsaitin həcmi açıqlandı


  • 21:17 / 03 12 2021 |
  • Bölmə: Səhiyyə


İndiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində səhiyyə sisteminə yönəldilən vəsaitin həcmi açıqlanıb.

"Rupor" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisdə 2022-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin üçüncü oxunuşda qəbulundan sonra çıxışında bildirib.

Ə.Əsədov deyib ki, indiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində təkcə səhiyyə sisteminə 1,6 mlrd. manatdan çox vəsait yönəldilib.

Qeyd edək ki, pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası üçün bugünədək 433 mln. manat vəsait ayrılıb.






Oxşar xəbərlər