"Omikron" ştamı Meksikada


  • 23:00 / 03 12 2021 |
  • Bölmə: Səhiyyə


Meksikada COVID-19-un "omikron" ştamı ilə ilk yoluxma halı aşkarlanıb.

“Rupor" Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Hüqo Lopez-Qatel bildirib.

Nazir müavini qeyd edib ki, “omikron” ştamı Cənubi Afrika Respublikasından gələn 51 yaşlı kişidə qeydə alınıb.

“Onun yüngül xəstəliyi var və infeksiyadan qorunmaq üçün könüllü olaraq Mexiko şəhərində özəl xəstəxanaya yerləşdirilib”, - Lopez-Qatel vurğulayıb.

O, etiraf edib ki, “omikron” ştamının yayılması pandemiyanın sonunun başlanğıcı deməkdir.






Oxşar xəbərlər