Koronaya yoluxanların sayı azalır


  • 16:44 / 02 01 2022 |
  • Bölmə: Səhiyyə


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 368 yeni yoluxma faktı qeydə alınıb, 918 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Rupor'"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 617 679 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 601 069 nəfər müalicə olunaraq sağalıb, 8 375 nəfər vəfat edib, aktiv xəstə sayı 8 235 nəfərdir.

Son sutka ərzində 6 435, hazırkı dövrədək isə 5 876 764 test aparılıb.



Oxşar xəbərlər