“Omikron” virusunun daha bir murdar xarakteri üzə çıxdı


  • 11:35 / 13 01 2022 |
  • Bölmə: Səhiyyə


"Koronavirusun “Omikron” ştamının daşıyıcısı öskürdükdə və ya asqırdıqda, eyni vaxtda 100-dək insanı yoluxdura bilər".

“Rupor” TASS-a istinadən xəbər verir ki, bunu immunoloq Vladimir Bolibok bildirib.

V. Bolibok daha sonra bildirib ki, sadəcə söhbət etdikdə, nəfəs aldıqda və əsnədikdə ifraz olunan aerozolun tərkibində olan ağız suyu digər insanları yoluxdurmaq üçün kifayətdir.

İmmunoloq eyni zamanda “Omikron”-un yoluxuculuq baxımından qızılcanı ötdüyünü  vurğulayıb:

“İndiyədək heç vaxt bu cür yoluxuculuq qeydə alınmayıb. Qızılca ən yoluxucu xəstəlik hesab olunurdu, amma “Omikron” bu baxımdan onu da arxada qoyub. Bu səbəbdən eyni zamanda, bu qədər böyük yoluxma sayı qeydə alınır”.



Oxşar xəbərlər