Gürcüstan və Ermənistanda virusa yoluxma faizinin yeni statistikası


  • 11:54 / 16 01 2022 |
  • Bölmə: Səhiyyə



Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 347 617 nəfərə çatıb.

"Rupor"un "armeniasputnik.am" saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 240 nəfər COVİD-19-a yoluxub, 1 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 8 019 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 1 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 516 nəfərə yüksəlib.

Gürcüstanda isə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 504 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Son sutkada koronavirusdan 47 nəfər ölüb.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 995 687, ölənlərin sayı isə 14 449 nəfərə çatıb. Virusa yoluxanlardan 928 441 nəfərin sağaldığı bildirilib.





Oxşar xəbərlər