Neçə yeniyetmənin peyvəndləndiyi məlum oldu


  • 17:50 / 17 01 2022 |
  • Bölmə: Səhiyyə


Bu günə qədər 552 yeniyetmə koronavirusa qarşı vaksinasiyada iştirak edib. 

"Rupor" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, onların səhhətində hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb. 

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.




Oxşar xəbərlər