Səhiyyə Nazirliyindən əhaliyə çağırış


  • 10:55 / 22 01 2022 |
  • Bölmə: Səhiyyə


Səhiyyə Nazirliyi “Omicron”la bağlı əhaliyə yenidən çağırış edib.

“Rupor” xəbər verir ki, çağırışda deyilir:

“Omicron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:

- Maska taxın;
- Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin;
- Fiziki məsafə saxlayın;
- İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun;
- Vaksin olunun.

Virusa yoluxduğunuz halda:

- Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin;
- Təcrid olduğunuz yeri tez-tez havalandırın;
- Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün;
- Bol maye qəbul edin;
- Yataq rejiminə riayət edin;
- Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz;
- 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin;
- Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun;
- Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin;
- Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.

Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırırıq”.




Oxşar xəbərlər