Deputatın təşəbbüsü ilə Tovuza 2 mindən çox maska göndərildi


  • 21:41 / 04 08 2020 |
  • Bölmə: Səhiyyə


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın təşəbbüsü ilə koronavirus pandemiyasından qorunmaq məqsədilə Tovuz rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, fiziki imkanları məhdud olanlar, rayon gəncləri, tənha şəxslər və aztəminatlı ailələr üçün 2000-dən çox maska göndərilib. 

"Rupor" xəbər verir ki, maskalar deputatın xahişi və çağırışına əsasən, “Bakı Tesktil Fabriki” tərəfindən hədiyyə edilib. 

Qənirə Paşayeva, həmçinin, seçicilərini və hər bir vətəndaşı koronavirus pandemiyasından qorunmaq üçün maska taxmaqla bağll qaydalara əməl etməyə, getdiyi yerlərdə sosial məsafəni gözləməyə, tibbi-gigiyenik qaydalara yüksək səviyyədə diqqət etməyə çağırıb.



Oxşar xəbərlər