Peyvənd olunanların sayı açıqlandı


  • 20:40 / 16 02 2022 |
  • Bölmə: Səhiyyə


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 407 vaksin vurulub.

"Rupor" Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinadən xəbər verir ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 375, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 72 163 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 627 370, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 273 971, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 768 971, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 585 100 təşkil edir.



Oxşar xəbərlər