Baş kardioloq ürək üçün əsas təhlükəli səhvlərdən danışdı


  • 15:52 / 26 02 2022 |
  • Bölmə: Səhiyyə


Rusiyanın Səhiyyə Nazirliyinin baş kardioloqu, Milli Tibbi Tədqiqat Kardiologiya Mərkəzinin direktoru Sergey Boyçov ürək sağlamlığı barədə ən çox yayılmış və əsas təhlükəli səhvlərdən danışıb.

"Rupor" Medicina.az-a istinadən xəbər verir ki, , kardioloqlar son dövrlərdə bir çox insanın 40-45 yaşında, hətta 35 yaşında artıq ürək-damar xəstəliklərindən əziyyət çəkməyə başladığını bildirir. Bununla bağlı danışan həkim orqanizmdə ən tez yaşlanan orqanın damarlar olduğunu bildirib:

"İnsanların əksəriyyətində "təslim olan" ilk və əsas orqan qan damarlardır. Onların ən çox rast gəlinən xəstəliyi - arterial hipertoniyadır. Hipertoniya infarkt, insult və vaxtından əvvəl ölümün əsas günahkarıdır. Onun risk faktoru 45% -dir. Yəni damar xəstəlikləri və ölüm hallarının yarısı yüksək qan təzyiqindən asılıdır. Siqaret, alkoqol, duz, artıq çəki isə digər amillərdir.

Yaşla bağlı olaraq çox az adam hipertoniya inkişafının qarşısını ala bilər. Damarlar daha sərt olur, böyrəklər daha pis işləyir, bədəndən duzu çıxarmaq funksiyasının öhdəsindən daha az gəlirlər. Bildiyiniz kimi, artıq duz artan təzyiqin əsas səbəblərindən biridir".

Ancaq hər şey o qədər də pis deyil. Baş kardioloq deyir ki, hipertoniyanın qarşısını almaq mümkündür və xəstəlik artıq başlamışsa, onu nəzarətdə saxlamaq lazımdır. Həkim eyni zamanda bir çox hipertoniklərin böyük səhv edərək, çox təhlükəli yüksək təzyiqi ilə həyatına davam etməsi və müalicədən qaçması ilə bağlı narahatlğını da dilə gətirib:

"Təzyiqim həmişə 160-100-ədir və özümü çox yaxşı hiss edirəm" kimi ifadələr böyük səhvdir. Unutmayın ki, infarkt olmaq və ya insult keçirmək istəmirsinizsə, 140 ilə 90 icazə verilən maksimum təzyiqdir. Və 130/80 təzyiqə düşmək daha yaxşıdır.

Professor ürək sağlamlığını qorumaq üçün 5 qayda irəli sürüb:

1. Qarnınızı düzləşdirin. Kişilər üçün kritik təhlükəli bel ölçüsü 102 sm və daha çoxdur, qadınlarda 88 sm və daha çox. Yadda saxlayın ki, mədədəki yağ - ürək-damar sistemi üçün çox təhlükəlidir.

2. Fiziki baxımdan aktiv olun. Hipertoniyaya qarşı ən yaxşı vasitələrdən biri işləyən əzələlərdir. Onlarda qan aktiv şəkildə axın edir. Nəticədə ürək və beyin damarlarının yük azalır.

3. Duzu azaldın. Yemək bişirərkən duz əlavə etməyin. Mümkünsə duzu süfrədən ümumiyyətlə, yığışdırın ki, hazır yeməyə duz əlavə etməyəsiniz.

4. Siqaretdən imtina edin. Tamamilə! Elektron siqaretlərə keçməyin, bütün tütün məhsullarından uzaq durun. Onların hamısı damarlar üçün zərərlidir, istisnasız.

5. Alkoqolu azaldın. Faydalı doza yoxdur. Spirtli içkiləri az-az içməklə onun sadəcə zərərlərini minimallaşdırmaq olar. Ən təhlükəlisi də gecə alkoqol qəbul etdikdən sonra səhər yaşanan paxmeldir. Bu, qan damarları və ürək üçün kritik dərəcədə təhlükəli olan ağır intoksikasiyanın baş verdiyi deməkdir. /publika.az/






Oxşar xəbərlər