Bu günə olan yoluxma sayı


  • 15:38 / 27 02 2022 |
  • Bölmə: Səhiyyə


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 041 yeni yoluxma faktı qeydə alınıb, 2 693 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Rupor"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 785 301 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 764 283 nəfər müalicə olunaraq sağalıb, 9 400 nəfər vəfat edib, aktiv xəstə sayı 11 618 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 849, ötən müddət ərzində isə 6 551 104 ümumilikdə test aparılıb.




Oxşar xəbərlər