Xətai Tibb Mərkəzi Fəxri Fərmanla təltif edildi


  • 17:56 / 12 05 2022 |
  • Bölmə: Səhiyyə


Azərbaycan Respublikasının Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi Xətai Tibb Mərkəzini Fəxri Fərman və rəmzi “44 medalı” ilə təltif edib. 

Fəxri Fərmanda qeyd edilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 44 günlük müharibə kimi yaddaşlara həkk edilmiş şanlı qələbəmizin qazanılmasında şəhid ailələrinə, əlillərə və müharibə veteranlarına müayinə və müalicə olunmaqlarında göstərdiyi qayğıya görə təltif olunur”.  

Fəxri Fərman və rəmzi medal mərkəzin direktoru  Tağıyev Ələkbər Soltan oğluna və kollektivə təqdim edilib. 
Mərkəzin direktou öz növbəsində bu mükafatın kollektivin əməyi olduğunu qeyd edib və təşkilata diqqət üçün təşəkkürünü bildirib. 

Onu da qeyd edək ki, Xətai Tibb Mərkəzi 44 günlük Vətən müharibəsində hospital kimi fəaliyyət göstərib, yaralıların müalicəsi ilə məşğul olub. Müharibədən sonrakı dönəmdə, bu günə qədər mərkəzdə qazilərə və veteranlara, şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə xidmət göstərilir. 

#xetaitibbmerkezi
#icbaritibbisığorta








Oxşar xəbərlər