Uşaqlarda əməliyyat olunmadan sağalmayan xəstəliklər - Cərrahı Cavid Dadaşovun izahı


  • 13:18 / 01 06 2022 |
  • Bölmə: Səhiyyə

 
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.  


Uşaqlar bizim gələcəyimizdir. Uşaqların hüquqlarına onların tibbi sığortadan istifadəsi də daxildir. O cümlədən əməliyyat zamanı. 

Xətai Tibb Mərkəzinin uşaq cərrahı  Cavid  Dadaşov uşaqların hansı xəstəliklərdən yalnız cərrahi əməliyyatla qurtula biləcəklərindən danışır: 

“Uşaq cərrahiyyəsində ən çox rast gəlinən xəstəliklərdən biri kəskin apendisitdir. Kəskin appendisit soxulcanabənzər çıxıntının iltihabı sayılır ki, bu da vaxtında əməliyyat olunmalıdır. Əks halda perforasya (deşilərək) daha ağır fəsadlara  səbəb ola bilər. Çox təssüf ki, bir çox hallarda valideynlər özləri bildiyi kimi müalicəyə başlayır, uşagın qarnına isti bir şey bağlayır, göbəyi düşüb adı ilə ara həkimlərinə aparır,  bu da çox ağır nəticələrə səbəb olur. Bu səbəbdən valideyin bilməlidir ki, qarın nahiyyəsində ağrı olan uşaq ilk növbədə həkim- cərrah tərəfindən müayinə olunmalıdı.

İkinci yerdə qasıq yırtıqları gəlir. Yırtıga adətən diaqnozu  valideyn özü qoyur. Həkimə müraciət etdikdə uşagın agladıgı zaman qasıq nahiyəsində şişkinlik əmələ gəlməsini qeyd edir. Yırtıqların da müalicəsi yalnız cərrahi yolla mümkündür. Yırtıgin ən təhlükəli fəsadı yırtıq möhtəviyyatının bogulmasıdır. Bu da bagırsagın və ya piyliyin nekrozuna səbəb olur. Valideynlər bilməlidirlər ki, belə hallarda mütləq həkimə müraciət etmək lazımdır”.

Sağlamlığınızı peşəkar həkimlərimizə etibar edin.

#xetaitibbmerkezi
#icbaritibbisigorta




Oxşar xəbərlər