Dünyada COVİD 19-a yoluxanların sayı 35 milyonu keçdi


  • 08:18 / 07 10 2020 |
  • Bölmə: Səhiyyə


Koronavirus pandemiyası ərzində dünyada COVID-19-a yoluxma hallarının sayı 36 milyonu ötüb.
Bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.
Son məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 36 023 475-yə çatıb.
Qeyd edilir ki, COVID-19-dan artıq 27,1 milyon insan sağalıb. Pandemiya ərzində təhlükəli infeksiya 1 053 837 insanın həyatına son qoyub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.





Oxşar xəbərlər