Ata iki uşağına aliment ödəmədən ölkədən qaçıb - Şikayət


  • 14:56 / 02 11 2021 |
  • Bölmə: Şikayət


“Keçmiş həyat yoldaşım Nəbiyev Rasim Akif oğlu 6 ildi bizə aliment ödəmir. 2 uşağım var qızımın 9, oğlumun isə 7 yaşındadır. Anam və uşaqlarımla birgə kirayədə qalıram. Çox pis vəziyyətə yaşayırıq”.

Bu fikirləri “Rupor”a ünvanladığı şikayətində Gəncə şəhəri Fikrət Əmirov 16. mənzil 67-də yaşayan 1994 təvəllüdlü Musazadə Elza Yaşar qızı yazıb. Şikayətçi daha sonra vurğulayıb ki, Ədliyyə Nazirliyi Gəncə Şəhəri üzrə İcra İdarəsi məhkəməsinin hökmü ilə aliment borcu olan Rasim Nəbiyevin evində olub. Amma onu ölkəni tərk edərək Rusiyaya getdiyi bəlli olub. Hazırda R.Nəbiyev axtarışdadır.

2014-cü ildə ayrılan R.Nəbiyevə məhkəmənin hökmü ilə  2016-cı ildən ayda  bir dəfə hər uşağa 108 manat ödəmə öhdəliyi qoyulub. Ancaq  ata bu günə qədər bir qəpikdə ödəməyib.

Hələ də aliment ala bilməyən E.Musazadə deyib ki, bu işdə icraçılarda ona kömək edə bilmir. Hazırda bu prosesin idarə olunması Kəpəz rayon Məkhkəməsinin icraçısı Ruslan Əlizadəyə tapşırılıb. 

Ruslan Əlizadə ilə də əlaqə saxladıq. Məhkəmə icraçısı əməkdaşımızla söhbətdə bildirdiki, alimenti verməkdən boyun qaçıran R.Nəbiyev hazırda ölkəni tərk etdiyi üçün bu işlə Daxili İşlər Nazirliyi məşğul olur.

Aytac Fuadqızı







Oxşar xəbərlər